Ermənistan Parlamentinin növbədənkənar iclası çağırılıb.

Loading.az news.am-a istinadən xəbərinə görə, bu təşəbbüslə müxalifətdə olan “Ermənistan” bloku və “Şərəfim var” fraksiyasından olan deputatlar çıxış edib.

Aprelin ilk ongünlüyündən sonra keçiriləcək iclasda baş nazirin müavini Mqer Qriqoryanın və xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesinin gedişatı ilə bağlı hesabatları dinləniləcək.