Kumpir - məşhur türk yeməyidir.Onu hazırlamaq üçün aşağıdakı məhsullar lazım olacaq.

Kartofu hazırlamaq üçün :
böyük kartof
2 xörək qaşığı kərə yağı
holland pendiri

İçlik üçün :
1 ədəd yerkökü
qarğıdalı
qara zeytun və yaşıl zeytun
xiyar turşusu
paytaxt salatı ( qaynadılmış kartof, yerkökü, xiyar turşusu, noxud, mayonez, duz, istiot )
mayonez, ketçup

Kumpiri hazırlamaq üçün ilk öncə kartofu falqa kağıza bükün və sobaya bişməyə göndərin.Bişdikdə sonra vaxt itirmədən isti şəkildə ehtiyatlı olaraq ortadan kəsin və çəngəlin köməyilə içini əzin.Sürətli şəkildə kərə yağı və holland pendiri və duzu içərisinə əlavə edib çəngəllə əriyənə kimi əzin.Daha sonra üzərinə paytaxt salatını, qarğıdalını, sürtkəcdən keçirilmiş yerkökünü, xiyar turşusunu, qara və yaşıl zeytunu əlavə edin.Sonda isə üzərinə mayonez və ketçup gəzdirin.

Sonda isə qeyd edək ki, kumpiri hazırlayarkən onun içərisinə istədiyiniz ərzaqları ( ət, sosis. kolbasa, toyuq əti, kələm turşusu və s. ) əlavə edə bilərsiniz.

NUŞ OLSUN!