Beynəlxalq yoxlama görüşü çərçivəsində Argentina millisi öz meydanında Kosta-Rikanı qəbul edib.

Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Yekunda Argentina Kosta-Rika üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Lionel Messi zədə səbəbindən oyunu buraxmalı olub.

Argentina - Kosta-Rika - 3:1

Qollar: Uqalde, 34 (0:1), Di Mariya, 52 (1:1), Makalister, 56 (2:1), Lautaro, 77 (3:1)