Əgər bir insan sənin üçün həqiqətən də dəyərlidirsə, o sənə nə qədər acı yaşatsa da, sən onu bağışlayacaqsan…

Həyatdan dərs almağı bacaran insan xoşbəxtdir.

Əlimdən bir şey gəlmir demə! Ovuclarında nə dualar gizlənir…

Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.

Bəzən sözlər dodaqdan tökülmədiyi üçün gözlərdən tökülür…

İtirməkdən qorxduğumuz hər şeyi birgün itiririk. Ancaq hərdən özünüzə də bir sual verin: ” Bizi də itirməkdən qorxan biriləri varmı?

Əzabın elə həddi var ki, orda bütün qürur itir. Sənə yazmıram ki, gələsən. Yazıram ki, xəbərdarlıq edim: Həmişə gözləməyəcəm.

Bir insana məcbur sevdirə bilməzsən özünü, Mənə güvən deyə bilməzsən. O bunu hiss etmirsə əgər, tək bir söz söyləyə bilərsən: “Özün Bilərsən!”

Yıxılaram səncə? Heç sarsılmaram da. Şüşə kimiyəm. Bəziləri nə qədər qırırsa qırsın, Mən qırıldıqca kəskinləşirəm!