1990-cı ilin qanlı 20 yanvar gecəsinin 34-cü ildönümü Bakı metropolitenində də qeyd edilir.

Loading.aZ xəbər verir ki, stansiyada platformanın əsas giriş vestibülünün ön hissəsində üzərinə "20 Yanvar. Unutmadıq, unutmayacağıq" ifadələri yazılmış qərənfillərdən kompozisiya yerləşdirilib. Şəhidlərimizin əziz xatirəsinə xüsusi ehtiramın əlaməti kimi günorta saatlarına qədər platforma boyunca hər iki stansiya yolu boyunca işçilərdən ibarət qarovul dəstəsi düzülüb.

Stansiyanın hər iki vestibülündə 1990-cı ilin 20 yanvar gecəsinin və 1994-cü ilin 19 mart terroru qurbanlarının adları həkk olunmuş xatirə lövhələri olan divarlara qərənfillərdən çələnglər yerləşdirilib.

Qeyd edək ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə qətlə yetirilmiş Bakı metropoliteninin iki əməkdaşı - "Nərimanov" elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov Şəhidlər Xiyabanında günahsız qurbanların cərgəsində uyuyur.

20 Yanvar stansiyası bu gün - FOTOLAR