Hollivud rejissoru və prodüsseri Stiven LaMorte hər kəsin sevimli Disney personajı Mikki Mausu qorxu filmində istifadə edəcək.

Loading.aZ'ın Lent.az-a istinadla xəbərinə görə, gələcək filmin ilk treyleri yayılıb.

LaMortenin ssenarisinə əsasən, sadist siçan bir qrup diqqətsiz bərə sərnişinini təqib edəcək. Çəkilişlərin 2024-cü ilin yazında başlaması planlaşdırılır.

Bir neçə il əvvəl Vinni Puh obrazı da qorxu filmində istifadə olunub.