Salam torpaq...Doğrusunu bilmək istəsən necə olduğunu soruşacaq qədər cəsarətli hiss etmirəm özümü. Mən də ən az hər kəs qədər günahkaram..
Əfsuslar olsun ki,üzərində addımlayaraq səni tapdalayan "çiçəklər"in tikanları ləçəklərini üstələyib burda..
Hərkəs kin saxlayır,nifrət edir,heçkim anlayış göstərməyə,empatiya qurmağa yanaşmır.Ən saf hissləri yox edib ucuz həyəcan arxasınca qaçan "insancıqlar" müşahidə edirəm hər yerdə.
Pak duyğuları heçə sayılan insanların qəlbindən damlayan qanlar bulaşıb sənə.Üzərindəki yaşıllıqları məhv edib,beton göydələnlər ucaltmaqla öyünürük burada bizlər..
Ən saf hisslər heçə sayılır,madiyyat mənəviyyatı üstələdikcə "insanlıq"lar basdırılır.Burada sevgilər pikselləşdirilib.Gecələr yuxusuz şəkildə ən gözəl arzularla yazılan namələrin yerini hazır "SMS" lər tutmaqdadır..
Burada insanlar birbirini üzüstə qoyur,qəlb qırır və geridə xatırladıqca acı verən mazilər qalır..
Adətən bir xaos hökm sürür üzərində. Səbəbi isə dövranın tərsinə dönməsidir.Burada insanların istifadə olunması,əşyaların sevilməsi getdikcə sonumuzu yaxınlaşdırır..Burada bizlər ölü insanlar tərəfindən qoyulan qanunlarla yaşayırıq.
İnsanlar depressiyaya,neqativliyə və qaranlıq boşluqlara yuvarlanmağa alışıblar.
Bu cəmiyyətdə əxlaqsızlıqlar deyil,söz azadlıqları məhdudlaşdırılıb.Artıq bəyaz asimanda zeytun budaqlı göyərçinlər uçuşmur.Artıq tək bir imza ilə milyonlarla insanın taleyi həll olur.Heçbir təqsirin olmasa da sənin üzərində günahsız körpələrin,nəvazişli anaların,ömrünün son baharında olan qocaların qanlarından ibarət ümmanlar var sanki..
Burada hərkəs dustağa çevrilib.Arzularımız,xəyallarımız,hisslərimiz, duyğularımız,istəklərimiz,cəsarətimiz, qorxularımiz və azadlıqlarımız barmaqlıqlar arxasında saxlanılır. Sadəcə kiçik qəfəsləri tərk edib,daha böyük qəfəslərə yüyürürük.Biz hər zaman barmaqlıqlar arxasındayıq. Sadəcə içərisində olduğumuz sahə böyüyür.Mən də hərkəs kimi həmqəfəsəm.
Üzərində olan gerçəkliklər bu yöndədir torpaq..Bəlkə də cismimizi sənin altında,ruhumuzu səmanın üstündə istəməyimizin səbəbi bütün bu çirkinliklərdir.Məndən başqa sağ qalan varsa aramızda torpağı incitməsin...🌾