• Hazırlayarkən düyü unu (pirinç) və sudan əlavə bir az bal da istifadə edə bilərsiniz. Bal istifadəsinin məqsədi dərini bir balaca nəmləndirmək, yumşalması və maska sonrası olan quruluğu aradan qaldırmaqdır.
1 çay qaşığı düyü ununu su ilə qarışdırıb, 3 damcı limon töküb təkrar qarışdırın və ləkələrin olduğu hissələrə sürtün. Bütün üzünüzə də sürtə bilərsiniz. Maskanın effektli olması üçün 15-20 dəqiqə gözləməyiniz kifayətdir. Sonra ilıq su ilə maskanı təmizləyə bilərsiniz. Əgər bal istifadə etməmisizsə, maskadan sonra üzünüzə nəmləndirici vurun.