▃ ▄ ▅ ▆ ▇ Yaxşı ki, Ömürlük ALdanmamışam █ ▆ ▅ ▄ ▃



Hər sətir üstündə titrəyib əlim,
Sətirlər qəlbimdən od alıbdılar.
Mən sənə bir dəfə aldandım, gülüm,
Məktublar ömürlük aldanıbdılar.



Məni xatırlama, özgə ol, yad ol,
Oyuncaq olmasın məktublar bari,
Ömründə bircə yol alicənab ol,
Yandır xatirəmi- o məktubları.



Orda ürəyimin harayı, ahı,
Qəlbimin utancaq sevdası yatır.
Orda vugarımın sınma günahı,
Kövrək bir nəğmənin sədası yatır.



Dağılar şöhrətin dumanı, çəni,
Udar bir ac balıq incitək səni.
Yazdığım sətirlər ac toxum kimi,
Bir gün göz yaşını içəcək sənin.



Məktublar içində nəyim nələrim…
Alovlu sətirlər gizli qəm kimi,
Yandır məktubları… xatirələrim
Yansın, külə dönsün qoy Kərəm kimi.



Sənə ümid dolu dikilən gözlər,
Yenə xatirədə donub qalandır.
Əlim əsə- əsə yazdığım sözlər,
O zaman düz idi, indi yalandır.



Həyatın özündə sınadım səni,
Demə bahar idim, indisə qışam,
Yaxşı ki, sonradan tanıdım səni,
Yaxşı ki, ömürlük aldanmamışam.