'Aşkın ölçüsü ölçüsüz olmasıdır' demişdi Poyraz. Hər zərrəsinə dəyər verərək ölçüsüz sevdim səni. Ayşegül Poyrazı itirərkən acıdan dəli olmamışdı. Acıdan dəli ola bilməyəcək qədər sevdim səni mən də. Dəli olmaq.. Unudulardı axı yaşananlar, silinərdin ürəyimdən. Amma sevgi unudulmaq üçün deyilki elə deyilmi? Bilirəm bunlar sənə tərs. Sənin üçün önəmi yoxdur sevgisiz sevgilim. Mən səni dəli kimi sevmədim yuxu gözlüm. Dəli kimi sevgilər tez unudular tez yoxa çıxar. Yoxluğunda 'Allah bəlasını versin' deyə bilməməkdir sevgi. Yandırıb siqaretivi 'Görəsən bu gün ağladımı heç? Tanrım nə olar ona kədər qismət etmə' deməkdir ağıllı başla sevmək. Bir gün peşmanlıqla dolu 'Niyə belə etdim?' sualına cavab ola bilməyəcəm. Məni itirdin... Bu üzücüdür.. Ən çox üzücü olan tərəfi nədir bilirsən? Hələdə yenidən qazanmaq üçün heç bir şey etmirsən. Ehhh sevmirsən, görmürsən məni əzizim. Bir gün barmaq uclarımdan öpsən oturub gecə gündüz ağlayaram dodaq izlərinə. 'Olmadı heç vaxt son öpüşün dadını unutduracaq nə bir içki nə bir siqar. Nə əzab, nə əzab...



Əgər qalsaydın ən gözəl cütlük də biz olardıq. Doğurdan, niyə getdin ki, sən? Nə qane etmədiki səni? Sevilməksə? Sevildin. Çətin anlarında yanında olmaqsa? Hər başın sıxışanda ətrafında mən oldum. Dəyər verilməksə? Dırnağın qırılsa, ən çox mənim canım yandı. Bəs nədən narazı qaldın, əzizim? Bu qədər çox sevilməkdənmi?



Sevdiyim hər kəsi bir-bir incidirəm. Əlimi hamsı sevdiyimə atsam verdiyim sevgi ilə incidirəm. Sevgimdə iltihab var sanki. Sadəcə incitməyi bilirəm.
Səbəb olduğum çoxlu göz yaşı var. Səbəb olmadığım gülüşlər var. Sevdikcə qaçırdıram. Sevdikcə qaçıram.
Dəyər verirəm, dəyərsiz oluram. Dəyər alıram, dəyməz oluram. Sevməyəni sevib, sevənimi zibilə alıram.
İnsanlardan çox gecəni sevdim, bilirsizmi? Ay sevdim mən. Günəşə nifrət edib Ay sevdim.
Sevərsəm incidəcəm. Səni o qədər sevəcəm ki, ölüm səbəbin sevgim olacaq.
Sevdiyim hər kəsi incidirəm. , yoldaşlarımı, sevdiyimi…hər kəsi. İncitmək sanki sənətim. Mənim sevgimdə mikrob var.
Kimi sevsəm, kimə toxunsam incidirəm.



Əgər birini sevəcəksəniz yaralı birini sevin. Çünki o yaranın nə demək olduğunu bilər. Məsələn səni yaralamaz. Yaralamaqdan çəkinər, getməz. Çətin sevər, qorxaraq sevər ama sevdisə tam sevər, ölümünə sevər. Sevərsə yaralı halıyla sevər, yarasıyla sevər. Yarabandı etməz səni. Çox ucuz insanlardı kiçik yaralarına, cızıqlara böyük sevgiləri yarabandı edənlər. Yaralı birini sevin çünki səni aldatmaz. Yarasıyla gəlmiş biri sənə yara vurar mı heç? Yarasıyla qəbul etdiyin biri səni yarıyolda qoyarmı heç? Yaralı olan gözəl sevəndir. Zatən gözəl sevdiyindən yara almışdır.
Yaralı birinə yalnız yaralı biri dərman ola bilər. Bir-birinin yaraları bir-birinin yarasına məlhəm olar. Sən sənə gəlmiş yaralı birini yaralarsan o zaman o dünyaya küsər və bir də əsla sevməz.
Bir gün birisini sevsəz yaralı birini sevin. Onu millim-millim əzbərləyərək sevin. Sadəcə sevməklə qalmayın, yarasını da ağrısını da sevin. Bəzi yaralara yarabandı da, tikiş atmaq da fayda etməz. Yara sevincə keçər. Yarasını öpərək sevin.



Elə hərəkətlər varki bağışlamaq olmur..
Elə sözlər varki unutmaq olmur..
Elə anlar varki, xəyallardan qovmaq olmur..
Elə insanlar varki onun yerinə "başqasını" qoymaq olmur..





Beynimdən çıxarda bilmədiyim lənətsən


Sayta verdi:Kukulka