Heç nə yolunda getmir yenə


Mən əsla sənin xəyallarındakı, o beynində yaratdığın mükəmməl kişi obrazı ola bilmədim. Heç bilmədiyim yollarla, ən dürüst halımla gəldim sənə. "Hər zaman yanında olacam" deyib iki gün sonra rədd olub gedənlər kimi rol oynamadım sənə. Əgər icazə vermiş olsaydın bütün gedənlərin və səni sevməyənlərin əvəzinə səni sevərdim. Bu qürurumu ayaqların altına atmaq anlamına gəlsəydi belə, yenə səni sevərdim..





Sənsiz qaldığım kimi, mənsiz qal bir az. Məsələn darıx mənimçün. O qədər darıx ki özüvə cəsarət yüklə mənə yazmağa başla. Yazarkən əlin titrəsin, əllərimin titrədiyi kimi. Yaz. Demə ki darıxmışam, sənsiz olmur. Başqa bir bəhanə tap darıxıb yaz. Sən yazarkən mən anlayacam darıxmağını. Qoxuların içində qoxumu axtar tap. De ki "bu onun qoxusudu". Mənə bənzəməyəni mənə bənzət. Mahnımızı dinlə. Dinlədikcə beyninə məni gətir, sonra ürəyinə gətir. "Görəsən hardadır?" deyə düşün. "Görəsən kimə yazır, kim var həyatında" suallarını beynini gəmirsin. Necə ki mənim beynimi gəmirir bu suallar. Bir az insaflı ol darıx mənimçün. O qədər şey üçün darıxırsan mənimçün də darıx. Mənsizliyin dadını çıxar. Çıxar ki, mənsizlik dadsız olsun, mənimçün darıx. O qədər darıx ki özüvə cəsarət yükləyib mənə bağıra-bağıra, söyə-söyə darıxdığını de. Mənsə qulağıva səni nə qədər sevdiyimi pıçıldayım. Yoxluğumu özüvə dərs elə və əsla mənsiz qalma. Məni də sənsiz buraxma.





İnsanları tərk etməkdən qorxmayın.Hansılar ki,sizi sevmir,sizə dəyər vermir,sizə vaxt ayırmır,sizi görməməzlikdən gəlir.
Tərk edin.Qoy başa düşsünlər ki,heç kim əvəz olunmaz deyil.Və qoy başa düşsünlər ki,ən ülvi hisslər belə alçaldılanda özünə hörmət edib geri çəkilir..






Biri gəlir həyatına və sən pəncərə kənarında qurumasın deyə hər saniyəvi ona ayırdığın gül kimi çox sevirsən o gələni. Hər şey dəyişir gözündə xoşbəxt olursan həmdə çox xoşbəxt olursan. Sanki dünyada deyildə göy üzündə yaşayırsan sanki digər insanlar kimi deyilsən tamam fərqlisən sanki açılan hər çiçək müqəddəs bir varlıq kimi gəlir sənə. Get gedə Tanrıya qaçırsan əl uzadırsan, yağış yağarkən əllərini səmaya doğru qaldırıb göy üzünə gülümsəyirsən. Artıq heç nə ağlatmır heç kim xətrivə dəyə bilmir heç nə yaralamır. Hələ oda səni sevirsə. Bunun hissləri anladılmaz, yazılmaz. Bütün dünyamı desəm göy üzümü desəm sanki hər şey ayaqlarının altında olur. Getdikcə danışırsız hər şey mükəmməl gedir. Və sonra.... deyəcəyin bir an belə olmur. Olmur yəni olmamalıdı olmayacaq. Və sonra... Bütün xoşbəxtliklər sona yetir. Sanki o olduğun göy üzündən səni heç düşünmədən yerə atırlar və bütün qabırğaların, onurğa sütunun, beynin, ürəyin ən xırda zərrən belə param parça olur. Sən yoxsan, nəfəs ala bilmirsən yaşaya bilmirsən ama səndən yaşamavı tələb edirlər bağışlanma diləyirlər şans istəyirlər. Olmur başa düşmürlər. Ölən bir insandan dirilməsini istəyirlər mümkünsüzlük nədir bilmirlər. Bağırırsan əl çəkin deyə qışqırırsan ürəyindən ahhlar çəkirsən eşitmirlər. Qəlblərini qırdığında səni insan yerinə qoymurlar ama param parça etdiklərin də səni, səndən insanlıq göstərib başa düşməyivi istəyirlər. Və ən pisi yenədə axmaq kimi inanmaq hər şeyə rəğmən yenədə sevmək. Bütün bunlar niyə? Getdikcə Tanrıdan qaçmaq.. Sanki dünyada deyildə cəhənnəmdə yaşayırsan sanki insan deyilsəni sanki açılan hər çiçək müqəddəsliyini itirmiş solmuş. Artıq hər şey ağladır hər şey yaralayır hər kəs xətrivə dəyə bilir. Hələ oda səni sevmədiyini göstərirsə... Artıq pəncərə kənarında qurumasın deyə hər saniyəvi ona həsr etdiyin çiçək çoxdan solmuş və atılmış.. Olan hər şey güllərə olmuş..






Bir qadını sevəcəksən əgər, ən gözəlindən sev.
Məsələn ilk gözlərindən başla sevməyə. Axıtdığı göz yaşlarının həsrətə yalvarışını, süzgün baxışlarını sev.
Gülüşündən, sənə uzanan, bağrına basan qollarından sev.
Küləkdə sayrışan saçlarından, səninəm deyişindən sev.
Bir qadını sevəcəksən əgər, bütün varlığınla, qəlbinlə, ruhunla, nəfəsinlə sev.






Məndən sonra ağlamadın,elə mi?
Doyunca içdən içdən heç güldün mü?
Sən gedəndə o qapıdan tək getmədin,

Sənlə birgə canım çıxdı gördün mü?

Bilirəm,acı da zamanla keçər
Qalmaz heçnə,keçən bir zamandı bu.
Ancaq elə gülümsəmə özgəyə,

İnsafa gəl, yanır axı candı bu.



Redaktə etdi:Meley0001