ice berg

ice berg Şeirlər 14-04-2025, 22:00

Bir də bir kimsəni sevməyəcəyəm

Bir də bir kimsəni sevməyəcəyəm

Bu gecə nədəndir hamıdan qabaq

ağrıyan, qəlbimə yanıram dostlar.

Bir də sevda nədi, bilməyəcəyəm,

Bir də bir kimsəni sevməyəcəyəm.

 

Bir də bu dünyada eşqdən yazmağa,

Gecələr azmağa daha halım yox.

Bu xan oğlanlara, xanım qızlara

Qara sevda nədi? - bir sualım yox.

 

Getdi gözlərimdən bir dəvə kini,

Getdi qollarımdan küçə davası.

Bahar ağaclardan çəkilən kimi,

Çəkildi başımdan gənclik havası.

 

Könlüm dəliliyi unutdu çoxdan,

Axır ki ağlımın səsinə uydum.

Qonur gözlərimdə yorğunluq - haqdan,

doydum küçələrdən, yollardan doydum.

 

Bir də sevda nədi, bilməyəcəyəm,

Bir də bir kimsəni sevməyəcəyəm.

 

V. Bayatlı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
32 49 31 38 14 35

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.