Duz.Az - Həyat Hekayəni Yarat
reklam
HASANLY

HASANLY Xəbərlər 2-10-2024, 00:05

İran hava məkanı bağlandığından beynəlxalq aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

İran hava məkanı bağlandığından beynəlxalq aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
Duz.Az xəbər saytı
İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Loading.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Varşava-Mumbay reysini həyata keçirən "LOT Polish Airlines" aviaşirkətinin "Boeing 787" təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.

Eyni səbəblə "Qatar Airways" aviaşirkətinə məxsus Moskva-Doha reysini yerinə yetirən "Boeing 787" təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu istənilən hava gəmisini, o cümlədən "Airbus A-380" kimi iri təyyarələri qəbul etmək imkanına malikdir. Hava limanı fasiləsiz rejimdə çalışaraq aviaşirkətlərin sorğularına operativ cavab verir və reyslərin təhlükəsiz icrası üçün bütün zəruri xidmətləri təqdim edir. Bütün fövqəladə vəziyyətlərdə aeroportun xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün koordinasiyalı fəaliyyət göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
30 29 32 35 32 46

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.