reklam
Sabah hava necə olacaq? - İstilər başlayır Sabah hava necə olacaq? - İstilər başlayır http://duz.az/uploads/posts/2017-08/thumbs/1502450176_yencag.az_2017-07-23_09-59-28-651x369.jp.jpg
Kukulka

Kukulka Xəbərlər 11-08-2017, 15:19

Sabah hava necə olacaq? - İstilər başlayır

Sabah hava necə olacaq? - İstilər başlayır


Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Loading.AZ-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.


Sabah hava necə olacaq? - İstilər başlayır

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
287 249 238 227 235 249

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.