reklam
Sinoptiklərdən xoş xəbər: 3 gün hava sərin olacaq Sinoptiklərdən xoş xəbər: 3 gün hava sərin olacaq http://duz.az/uploads/posts/2017-08/thumbs/1502358553_598c092eef58b_1hava606261_498839.jpg
Lusi

Lusi Xəbərlər 10-08-2017, 13:49

Sinoptiklərdən xoş xəbər: 3 gün hava sərin olacaq

Sinoptiklərdən xoş xəbər: 3 gün hava sərin olacaq


"Yaxın 2-3 gün ərzində ölkə ərazisində dünənə qədər müşahidə etdiyimiz isti hava olmayacaq. Havanın temperaturu 1-2 dərəcə aşağı enib, artıq paytaxtda şimal küləyi güclənib. Bu gün və sabah üçün belə hava şəraiti qüvvədədir”.
Bunu XəzərXəbər-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramova deyib.

Nazirlik rəsmisi qeyd edib ki, havanın temperaturunun yüksəlməsi avqust ayının xarakter xüsusiyyətdir.

"Avqust ayında Bakı və Abeşron yarmadasında 35-40, bəzi yerlərdə 42 dərəcə, bölgələrdə isə 42-44 dərəcə isti hava şəraiti müşahidə olunub”.

G.Bayramova qeyd edib ki, əvvəlki illərdə Bakı və Abşeronda 40 dərəcə isti qeydə alınıbsa, 2015-2016 ci illərdə isə maksimal temperatur 41 dərəcəyədək yüksəlib.

"Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonların bəzi yerlərdə isə 42-43 dərəcədə isti müşahidə olunub”
.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
297 204 238 265 198 242

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.