reklam
Bu mənəm Bu mənəm http://duz.az/uploads/posts/2015-12/thumbs/1449567297_023.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Sevgi 8-12-2015, 12:34

Bu mənəm

Bu mənəm

Yaxşılıqlarımla, pisliklərimlə, qəmli və sevincli bu mənəm varam bu həyatda. Sən istəsəndə, istəməsəndə, sevsəndə sevməsəndə... Mən yaşayıram- bir gün çox səbrli, sabahsı gün çox əsəbi. Yeni bir günüm var, dünənim var. Səhvlərim var dünənimi xatırladan. Səhvlərimlə fəxr etmirəm amma onları etdiyimədə peşman deyiləm. Çünki səhvlər bizi incidər insafsızca doğruları öyrədənə kimi canımızı həqiqət atəşində yandırar. Doğru olan nədir bəs bu həyatda? 2+2=4 olmasımı?(!) Həyatın tək doğru olanı bu deyildirki. Cavabı biz 4 deyil 5-də edə bilərik. Amma bunu hər kəs üçün etməyi bacararıqmı? Həqiqətin içərisində yalan görməyi kimdən öyrəndik? Bu vəzifəni həyatmı layiq görüb bizə? Mən varam öz düşüncələrimlə bəyənsələrdə, bəyənməsələrdə. Arxamca söz danışanlar (!) Sizlərə bir təşəkkür borcum var. Sizləri dost siyahımın ən başında qeyd etmişəm. Çünki nəyin doğru olduğunu sizin səhvlərinizdən öyrənirəm. Mən sizə ancaq danışılacaq bir mətn olaraq qalacam. Cümlələrinizdə adımı söylərkən öz səhvlərinizin üst örtüyünü yaradacaqsınız. Hədəflərimə doğru qaçıram. Yorulmadan və bezmədən. Nə qədər çuxurlar qazsanızda üzərlərindən bir bulud kimi keçməyi öyrənmişəm. Keçmişdən öyrəndim zamanın qayıtmayacağını,gələcəkdən isə nə qədər ümidli olduğunu. Hə... Birdə bu gündən öyrəndim qərarlı olmağı..

Həyatı olduğu kimi sevirəm...
Öz oyunlar ilə oynamağı hər şeydən çox sevirəm. Həyatla oynamasam əgər küsəcək məndən üz çevirəcək. Axı yaşım nə qədər böyüsədə içimdə böyüməyən bir uşaq var. Heç vaxt böyüməyi istəməyən istəklərim var. Kim tutduğu arzusunu unuda bilərki? Həyata keçməsə belə bir buluda gizlədib göy üzündə gizlədər..

Əgər istəyirsənsə yanında olum. Sevsəndə sağ ol sevməsəndə...


Mən burdayam... Bəs Sən hardasan?


Bu mənəm

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 375 397 419 386 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.