Stresinizi, əsəbinizi alış-verişlə soyudursunuz? Ən əsəbi anınızda mağazadan aldığınız hər hansı bir əşya sizi rahatladır? Evdə aldığınız pal-paltarı, məişət əyşayalarını yığmağa yer tapılmırsa, amma gözlərinizi mağaza vitrinlərindən çəkə bilmirsinizsə siz şopoqoliksiniz!

Loading.aZ bu lüks həyat və çoxlu pul tələb edən xəstəlik barədə məlumat verir.

Şopoqoliklər hər dəfə pulu sonuncu qəpiyinə qədər xərcləyəndən sonra özlərinə və ətrafdakılara alverə son qoyacaqlarına söz verirlər, lakin əllərinə pul düşən kimi həmin vədi unudurlar. Əslində zərərsiz vərdiş kimi görünən bu hal tibbdə xəstəlik kimi qiymətləndirilir və bir neçə adla tanınır. “Bu şopomaniya, şopoqolizm, şopinqparanoya və oniomaniya adlanır. Bu, həm psixoloji, həm də nevroloji problemdir.
Elmi araşdırmalara görə, şopoqoliklərin 90 faizi qadınlardır. Dünya əhalisinin 10 faizi bu xəstəlikdən əziyyət çəkir. Kişilərdə geyimə aludəçilik az görünsə də, elektron alətlərin, avtomobillərin, saatların, mülklərin alış-verişinə qarşı həvəsləri yüksək olur.

Uşaqlıqdan sahibolma vərdişi, valideynlərin uşaqlarına heç nədə imtina etməmələri və ya əksinə, ehtiyac içində böyütməsi bu xəstəliyə səbəb ola bilir. Bəzi insanların ehtiyaclarını sevgi ödəyir. Sevgiylə xoşbəxt ola bilir. Şopoqoliklərin böyük əksəriyyəti sevməyi bacarmayan, az sevən, maddiyyatla özünü doymuş hesab edənlərdir. Başqa sözlə, bir qism insanın beynini sevgi, başqa bir qism insanın beynini əşyalar xoşbəxt edir.

Əslində dərəcəsini aşmadan şopoqoliklik depressiyadan çıxmağın ən yaxşı üsuludur. Şopoqoliklərlə alış-veriş etməyi sevən adamlar arasında bəzi fərqlər var. Ehtiyaca və zövqə görə almaq alış- veriş, hansısa duyğunu basdırmaq üçün almaq şopoqoliklikdir.