reklam
1,5 milyonluq dələduzluğa görə 2 nəfər məhkəmə zalında həbs olunub 1,5 milyonluq dələduzluğa görə 2 nəfər məhkəmə zalında həbs olunub https://duz.az/uploads/posts/2023-12/medium/1701941728_657189e1772ef657189e1772f0170193968118bf48a689a7225897268e35fb6a4de6.jpg
DeliBirHatun

DeliBirHatun Xəbərlər 7-12-2023, 15:00

1,5 milyonluq dələduzluğa görə 2 nəfər məhkəmə zalında həbs olunub

1,5 milyonluq dələduzluğa görə 2 nəfər məhkəmə zalında həbs olunub
Vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan “Zamin əmlak agentliyi”nin direktoru və əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

LoaDinG.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən Orxan Əliyev və Natiq Şahmuradov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qaldırılan vəsatətə baxılıb. Zərərçəkmiş şəxslərin vəsatətləri əsasında onların barəsində qətimkan tədbiri dəyişdirilib. İndiyədək ev dustaqlığında olan Orxan Əliyev və Natiq Şahmuradov məhkəmə zalında həbs olunublar.

Proses dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verməkdə ittiham olunurlar.

Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərin ümumilikdə 1.490.200 (bir milyon dörd yüz doxsan min iki yüz ) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməkdə ittiham olunurlar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə ittiham verilib.

Bu iş üzrə təqsirləndirilən Oqtay Zərbəliyev barəsində daha öncədən həbs qətimkan tədbiri seçilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
65 40 62 57 57 58

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.