reklam
Alen Simonyan Rusiya silahlarının Ermənistana tədarük olunmamasına münasibət bildirib Alen Simonyan Rusiya silahlarının Ermənistana tədarük olunmamasına münasibət bildirib https://duz.az/uploads/posts/2023-12/medium/1701941404_65718bf61e83565718bf61e836170194021465718bf61e83165718bf61e833.jpg
DeliBirHatun

DeliBirHatun Xəbərlər 7-12-2023, 14:30

Alen Simonyan Rusiya silahlarının Ermənistana tədarük olunmamasına münasibət bildirib

Alen Simonyan Rusiya silahlarının Ermənistana tədarük olunmamasına münasibət bildirib
Ermənistan parlamentinin spikeri Alen Simonyan pulu ödənilmiş Rusiya silahlarının ölkəsinə tədarük olunmamasına münasibət bildirir

LoaDinG.az xəbər verir ki, Simonyan parlamentdə brifinq zamanı jurnalistlərlə yaranmış məsələnin həll edilməsinin mümkün olduğunu bildirib.

Erməni spikerin fikrincə, Ermənistan tərəfi öz maraqlarını qorumalıdır və bunun alternativi yoxdur:

“Moskva ilə İrəvan silahların tədarükü məsələsi həll oluna bilər. Rusiya tərəfinin öz prinsiplərinə və imzaladığı sənədlərə sadiq qaldığını göstərmək şansı var”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyanın bəyanatına əsasən, ölkəsi Rusiyadan silah alınması üçün göndərilən pulun müqabilində sursatların hələ də tədarük olunmadığı səbəbindən məhkəməyə müraciət etmək niyyətində deyil.

Bunun ardınca Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib ki, Moskva Ermənistan Müdafiə Nazirliyinin bəyanatını alqışlayıb.

Xatırladaq ki, bir müddət öncə Ermənistan hakimiyyəti Rusiyaya pul vəsaitlərin köçürüldüyü müqavilə üzrə silah və hərbi texnikanın tədarük edilmədiyini bəyan edib.

Dəqiq məbləğ rəsmi olaraq açıqlanmayıb, bəzi mənbələrə görə bu, təxminən 250 milyon dollar, digərlərinə görə isə təxminən 400 milyon dollardır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
42 57 69 58 51 37

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.