reklam
"Ermənistan öz maraqlarından daha çox hansısa ölkənin maraqlarının təmin olunmasına çalışır" - EKSPERT "Ermənistan öz maraqlarından daha çox hansısa ölkənin maraqlarının təmin olunmasına çalışır" - EKSPERT https://duz.az/uploads/posts/2023-12/medium/1701499834_24564576764578.jpg
cabir

cabir Xəbərlər 2-12-2023, 21:00

"Ermənistan öz maraqlarından daha çox hansısa ölkənin maraqlarının təmin olunmasına çalışır" - EKSPERT

"Ermənistan öz maraqlarından daha çox hansısa ölkənin maraqlarının təmin olunmasına çalışır" - EKSPERT
"Çoxdan gözlənilirdi ki, Azərbaycan və Ermənistan baş naziri müavinlərinin görüşü keçiriləcək. Bu görüşün vasitəçisiz olacağı deyilmişdi və Azərbaycan - Ermənistan sərhədində keçiriləcəkdi. Ümumiyyətlə son günlər biz nəyi müşahidə edirik? Azərbaycan tərəfi konkret olaraq tələb edir ki, görüş vasitəçisiz keçirilsin. Amma Ermənistan tərəfi vasitəçisiz görüşlərdə maraqlı deyil. Məsələn dünən görüşlər keçirildiyi halda Ermənistan XİN rəhbəri bəyanat verdi ki, Azərbaycan tərəfi Avropa İttifaqının, Amerikanın və digər vasitəçilərin görünüşündən imtina edir. Bu doğru yanaşma deyil. Hətta Azərbaycan tərəfini sülh müqaviləsi imzalamamaqda ittiham edir".Bu sözləri Sun.Az-A açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib. Onun bildirib ki, Ermənistan görünür bu prosesə başqa gücləri və dövlətləri qatmaq istəyir:"Vasitəçilərin olması nə mənası ver? İstər Rusiya olsun, istərsə də Amerika və Avropa İttifaqı olsun, fərqi yoxdur. Əgər bir vasitəçi varsa, mütləq şəkildə o vasitəçi öz maraqlarınında təmin olunmasına çalışacaq. İstəyəcək ki, o maraqları bu prosesdə təmin olsun. Ermənistan nədənsə öz maraqlarından daha çox hansısa ölkənin maraqlarının təmin olunmasına çalışır. Xüsusilə, Rusiya yox qərb ölkələrindən Fransanın olmağını istəyir. Bununla da, təbii ki, Azərbaycan tərəfi razılaşmır. Məsələ təkcə, Azərbaycan -Ermənistan məsələsi deyil. Problemin kökündə Cənub Qafqaz məsələsi dayanıb. Cənubi Qafqaz uğrunda mübarizə gedir".
Ekspertin sözlərinə görə, heç bir tərəf, xüsusilə Ermənistana havadar olan tərəflər Cənubi Qafqazda sülhün olmağını istəmirlər: Elə bir sülh istəyirlər ki, regionda onların sözü keçsin. Bu baxımdan hesab edirəm ki, Ermənistan tərəfi konkret olaraq boyun qaçırır və çalışır ki, əlavə güclər gəlsin. amma burada Rusiyanı kənara atmaq olmaz. Rusiyada bu regiondadır və eləcə də regionda qalmaq istəyir. Regionda qalmaq üçün ən azından Fransa, Avropa İttifaqı və Amerika ilə mübarizə içərisindədir. Burada artıq Gürcüstan məsələsi faktoruda önə çıxıb. Çalışır ki, bu regionda ən azından qərb ölkələri gəlsin.Son olaraq ekspert qeyd edib ki, hətta Gürcüstan prezidenti bu yaxınlarda belə bəyanat verdi ki, Ukrayna bizim üçün döyüşür:"Ukrayna qalib gəlməsə region üçün çox ciddi problemlər olacaq. Hesab edirəm ki, Ermənistan və Gürcüstan xüsusilə Fransanın təsir dairəsindədirlər. Buradan Rusiyaya qarşı mübarizə aparırlar. Burada belə bir məsələ var ki, onların nə qədər uğurlu olub-olmayacağın zaman göstərəcək. Bu iki ölkənin bu cür davranışları gərginliyi azaltmayacaq əksinə, artıracaq. Çox ağır və çətin proseslərin olacağını müşahidə edəcəyik".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
43 44 51 47 53 42

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.