reklam
Sənə qədər Sənə qədər https://duz.az/uploads/posts/2023-11/thumbs/1700639643_img_20231122_115352_270.jpg
ice berg

ice berg Şeirlər 22-11-2023, 22:00

Sənə qədər

Sənə qədər
Sənə qədər elə boş yaşadım ki,

Məstəm indi həyat keşməkeşindən

Vaxt var hələ geriyə dönmək üçün

Gələcəyim uzundur keçmişimdən



Ayrılınca hüzurundan Allahın

Bu fəraqdan sənə çatmışdı ahım

Bir də sənin varlığına şadam mən

Yoxsa mənim bu dünyada işim nə?!



Görmək üçün mədət umma gözündən

Hər anın da bir hökmü var həyatda

Xəbərim yox, bəlkə sənin yanından

Görməmişəm, yüz dəfə keçmişəm mən



Bu diqqətsizliyin cəzasıdır ki,

İndi sənə yönəlmiş ayaq izim

Sənsə məni görmürsənsə, əzizim,

Bəlkə yoxam, bəlkə də heçmişəm mən...



Varlığımı yaddaşında buraxdım

Donub qaldım zamanın axarında

Ümidvaram, sənin həyat yolunda

Xoş xatirə, hüzünlü keçmişəm mən



Sənə qədər elə boş yaşadım ki,

Sənə qədər elə boş yaşadım ki...

Nə yaxşı ki, vaxt var dönmək üçün

Gələcəyim uzundur keçmişimdən...

Mirzə Lazım

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
53 59 87 105 62 69

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.