reklam
Getdikcə bir azca acı olur adam Getdikcə bir azca acı olur adam https://duz.az/uploads/posts/2023-11/thumbs/1700317704_img_20231118_182657_288.jpg
ice berg

ice berg Müxtəlif 18-11-2023, 22:30

Getdikcə bir azca acı olur adam

Getdikcə bir azca acı olur adam
. Vaxtının, dəyərinin, hisslərinin qədrini bilməyə başlayırsan yoxsa, nədi? Getdikcə bir azca acı olur adam. Belə elə bil, tündləşirsən. Adicə bir dikbaş sözdən, solaxay münasibətdən, riyakar ünsiyyətdən diksinirsən. Və özündən aslı olmadan biryolluq rədd edirsən həyatından modal adamları. Nə qədər doğma, nə qədər məhrəm, nə qədər canayaxın olsalar belə, bir andaca müflis olur bütün duyğuların. Baxırsan dünən sənin üçün nələr - nələr ifadə edən birisi hansısa davranışından sonra gözündən elə düşür, elə düşür.. ilim - ilim itir qəlbinin üfüqlərində. Görürsən, daha o adam sənin üçün ucsuz - bucaqsız heç kimdir. Daha heç nə ifadə etmir, heç nə demir. Qupquruca - yekə bir intəhasız heç kimdir artıq . Deyəsən ömrün qürbətidir burası. 🖤

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
64 64 52 57 83 53

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.