reklam
Elektriklə çalışan avtomobillər şüalanma yaradır? - AÇIQLAMA Elektriklə çalışan avtomobillər şüalanma yaradır? - AÇIQLAMA https://duz.az/uploads/posts/2023-11/thumbs/1700236678_4220740.jpg
ice berg

ice berg Avto Dünya 18-11-2023, 19:00

Elektriklə çalışan avtomobillər şüalanma yaradır? - AÇIQLAMA

Elektriklə çalışan avtomobillər şüalanma yaradır? - AÇIQLAMA
Nə Azərbaycanda, nə də dünyanın digər ölkələrində elektrikli avtomobillərin şüalanma yaratması iddiası ilə qarşılaşmışam. Hazırda dünyada ekoloji cəhətdən təmiz avtomobil növlərinin təşfiqi gedir. Bu, bir trenddir. Daha çox elektriklə işləyən ictimai nəqliyyat növlərinə üstünlük verilir. Tramvay, trolleybus, elektrobus... Şəxsi nəqliyyat vasitələri arasında da elektromobillərin get-gedə çoxalması bu trendin bir hissəsidir".

Bu sözləri açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Ekspert bildirib ki, Azərbaycan da qismən bu trendə qoşulub: "3 illik müddətə elektrikli avtomobillər ƏDV-dən azad olunub. Bu da ölkəmizdə elektromobillərin çoxalmasına gətirib çıxarır. Düşünürəm ki, müsbət tərəfdən baxılası məqamları çoxdur. Hələ ki mənfi tərəflərini eşitməmişəm. Narahatlıq doğuran məqamlar, əlbəttə, var. Doldurma məntəqələrinin sayı elektrik avtomobillər üçün azdır. Amma bu məsələnin də üzərində işləyirlər. Bütün ölkəni əhatə edən şəbəkənin məhdud olması barədə sürücülər narahatlıqlarını bildirirdilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
52 65 46 62 37 67

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.