reklam
Əbədi qalmadın Əbədi qalmadın https://duz.az/uploads/posts/2023-11/thumbs/1699526640_img_20231109_144353_717.jpg
ice berg

ice berg Şeirlər 9-11-2023, 22:00

Əbədi qalmadın

Əbədi qalmadın
Bilirəm, xoşbəxtlik olmur sonsuz,

Bir anlıq üzünü görsəm də olar

Səndən qurtulmağın yolu yox onsuz

Sən məni özümdən qurtar, nə olar



Bir işə yaramır huşsuzluğum da

Səni unutmağı bacardımmı ki?!

Hər səni unutmaq istəyən anda

Özümü mən səndə tapıram, sanki



Arabir göy üzü rəsmini gizlər,

Gördüyüm sənin üz cizgilərinmiş

Sənə bəslədiyim bu çılğın hisslər

Ölümdən, həyatdan daha dərinmiş



Sən mənim ruhumdan özümə bir yol

Gülüşüylə məni yaşadan qadın

Bütün təsadüfi sevinclər kimi

Ömrümdə əbədi gəlib qalmadın

Mirzə Lazım

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
88 69 57 84 60 91

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.