reklam
Sevgi məhəbbət Sevgi məhəbbət https://duz.az/uploads/posts/2023-11/thumbs/1699303774_img_20231107_004925_667.jpg
Sebuhi90

Sebuhi90 Şeirlər 6-11-2023, 22:30

Sevgi məhəbbət

Sevgi məhəbbət
Əfsanə sayılan sevgi məhəbbət
Düşüb dildən dilə dastanlar kimi
Şairlər yaradıb Leyli Məcnunu
Kimisin Kərəm tək od tutub cismi

Sevən üreyimə vurdu bir yara
Yazımı çevirdi borana qara
Ürək necə dözsün dərdə qubara
Yaşaya -yaşaya öldürdü məni

Hər sevən xoşbəxtlik yaşaya bilməz
Ağlayan gözünü qeyrisi silməz
Kənardan baxanlar dərdini bilməz
Nə olar üzməsin sevən sevəni

Sevən ürəklərə qəhər dolmasın
Hicran sevənləri ayrı salmasın
Sevən bir birindən ayrı qalmasın
Hər sevən üreyin tapılsın təni

Bu sevgi bir dərya dərindən dərin
Mən yazım sevginin incəliklərin
Məhv edir bir ömrün gözəl illərin
O salır gözlərə qubarı qəmi

İlkin Azizov

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
113 66 93 58 68 95

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.