reklam
Hərə bir parça ağ apardı getdi Hərə bir parça ağ apardı getdi https://duz.az/uploads/posts/2023-11/thumbs/1699122488_img_20231104_222750_617.jpg
Sebuhi90

Sebuhi90 özünü 😟 tənha hiss edir. Şeirlər 4-11-2023, 22:00

Hərə bir parça ağ apardı getdi

Hərə bir parça ağ apardı getdi
Kim ölüb gedəndə sərvət aparıb
Hərə bir parça ağ apardı getdi
Çox şahi sultanlar dövran sürsədə
Çox kəslər dünyada qocaldı getdi

O Əyyub ənbiya eylərmiş səbr
Dünya dəfn eyləyir hər kəsi bir-bir
Məzara bir sonsuz arzular gedir
Kimisi imarət ucaltdı getdi

Kəbənin zəmzəmi,dinin sevdası
Var olsun bir qəlbdə əhli təqvası
Bizə nazil olun Quran nidası
Ənbiyya islamı yaşatdı getdi

Təxti səltənəti eyləyir talan
Olmayıb dünyada ömürlük qalan
Bu dünya əzəldən olubdu yalan
Kimisi yaxşı iş yaratdı getdi

İLKİN ƏZİZOV

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
83 89 78 83 72 86

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.