əl-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi

(Məkkədə nazil olmuşdur, 11 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 - Ürəkləri dəhşətə salan qiyamət!

2 - Nədir qiyamət?!

3 - Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!

4 - O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);

5 - Dağlar isə didilmiş yun kimi olacaqdır!

6 - (O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,

7 - (Cənnətdə) xoş güzəran içində olacaq!

8 - Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə

9 - Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!

10 - Sən nə bilirsən ki, o (Haviyə) nədir?!

11 - O çox qızmar bir atəşdir!