reklam
Ölüm tezdir, ölümdən sonrakı hər şey isə artıq gec. Ölüm tezdir, ölümdən sonrakı hər şey isə artıq gec. https://duz.az/uploads/posts/2023-10/thumbs/1697781994_img_20231020_100546_662.jpg
ice berg

ice berg Müxtəlif 20-10-2023, 20:00

Ölüm tezdir, ölümdən sonrakı hər şey isə artıq gec.

Ölüm tezdir, ölümdən sonrakı hər şey isə artıq gec.
Məzarlıqlar peşmanlıqlarla qaynayır. Yerin altındakı bir, üstündəki də elə eyni cür peşmanlıq daşıyır qəlbində. "Kaş ki deməzdim"lə "gərək onunla danışardım" naləsi tökülür dillərdən.
Daha az ünsiyyətin və ya ünsiyyətsizliyin darıxması gəlir oturur içində.
Qucaqlamaq  və öpmək varkən sonda ölməyi seçmək və ya ölməyin gəlib səni seçməsi. "Zamansızdır" deyirsən. "Axı tez idi, o qədər tez idi ki, nə o dünyaya doymuşdu, nə də mən ona.
Ölüm tezdir, ölümdən sonrakı hər şey isə artıq gec. Canlı ikən könüllü, məntiqlə əl çəkdiyin hər şey ölümdən sonra necə də səfehlik görsənir və ölüm anında əslində nə qədər çox həll yolu varmış deyə düşünürsən. Amma gecdir. Bu dünyada iki məzar var ki, birində ölülər yatır, digərində peşmanlıqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
89 90 103 100 57 81

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.