reklam
Bu qidalardan çox yesəniz zəhərlənəcəksiniz Bu qidalardan çox yesəniz zəhərlənəcəksiniz https://duz.az/uploads/posts/2023-10/thumbs/1697548803_652e374755258652e3747552591697527623652e374755256652e374755257.jpg
ice berg

ice berg Sağlamlıq 17-10-2023, 18:00

Bu qidalardan çox yesəniz zəhərlənəcəksiniz

Bu qidalardan çox yesəniz zəhərlənəcəksiniz
Bəzi qidalar həddindən artıq miqdarda istehlak edildikdə insanı zəhərləyə və ya hətta öldürə bilər.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, həmin qidaların daha çox qəbul edilməsi həmçinin ishal kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.

1. Ərik

Ərik həddindən artıq istehlak edildikdə ishala səbəb olur və böyrəklərdəki yükü artırır. Allergik reaksiyalara da səbəb ola bilər.

2. Banan

Kaliumla son dərəcə zəngin olan bananın həddindən artıq istehlakı ürəyə zərər verə bilər və əzələ zəifliyinə səbəb ola bilər.

3. Qəhvə

Gündə 3 stəkandan çox qəhvə içmək məhsuldarlığa mənfi təsir göstərə bilər. 5 stəkandan çox qəhvə istehlakı osteoporoza səbəb olur.

4. Duz

Həddindən artıq duz istehlakı qan təzyiqinə təsir göstərir. Orqanizmdə artıq su saxlamağa, ürək çatışmazlığına və böyrək xəstəliklərinə səbəb olur.

5. Şokolad

Şokolad həddindən artıq istehlak edildikdə böyrəklərə, beyin funksiyalarına və ürəyə zərər verir.

6. Su

Çox su içmək böyrəklərin həddindən artıq işləməsinə səbəb olur. Bədənin ehtiyac duyduğu natrium və kalium kimi bir çox mineralın tarazlığını pozur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
71 66 65 78 93 80

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.