reklam
Soyuq havalarda necə qidalanmaq lazımdır? - MÜTƏXƏSSİS DANIŞDI Soyuq havalarda necə qidalanmaq lazımdır? - MÜTƏXƏSSİS DANIŞDI https://duz.az/uploads/posts/2023-10/thumbs/1697353622_65292a2ee751e65292a2ee751f169719659065292a2ee751b65292a2ee751c.jpg
ice berg

ice berg Sağlamlıq 15-10-2023, 16:00

Soyuq havalarda necə qidalanmaq lazımdır? - MÜTƏXƏSSİS DANIŞDI

Soyuq havalarda necə qidalanmaq lazımdır? - MÜTƏXƏSSİS DANIŞDI
Son günlər havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Belə havalarda immunitet sistemi nisbətən zəifləyir, insanlar müxtəlif xəstəliklərə yoluxurlar. Əlbəttə, bu cür havalarda qidalanmaya xüsusi diqqət yetirmək lazımdır.

Maraqlıdır, görəsən, soyuq havalarda necə qidalanmalıyıq?

Məsələ ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov açıqlamasında bildirib ki, havaların soyuması ilə əlaqədar insanlar xəmir yeməklərinə daha çox meyilli olurlar.

Onun sözlərinə görə, əvvəllər köhnə əl dəyirmanları mövcud idi və bu dəyirmanlarda insanlar tərkibi vitamin eləcə də minerallarla zəngin olan un üyüdürdülər:

“Həmin unun həzm prosesində rolu böyük idi. Əgər, istehlak etdiyimiz un tam buğda unundan hazırlanırsa, heç bir təhlükə yoxdur. Bu, qidanın həzm sistemində metobolizmanın sürətlənməsinə səbəb olur. Hazırda insanlar ictimai iaşə müəssisələrində cürbəcür xəngəl növlərinə və xəmir yeməklərinə üstünlük verir. Xəmir yeməkləri emal olunmuş undan hazırlanır. Bu da boş karbohidrat sayılır. Bu kimi qidalar həzm prosesində ağırlıq yaradır, heç bir vitamin, mineral, lif ehtiva etmir. Emal olunmuş undan hazırlanan qidaların istehlakı piylənməyə, mədəaltı vəzin yüklənməsi, ürək və qan-damar sistemində problemlərin yaranmasına səbəb olur. Məhz bu səbəbdən həmin qidaları həftədə 2 dəfə yemək məsləhətlidir”.

Ağa Salamov həmçinin qeyd edib ki, soyuq havalarda insanlar mövsümi meyvə-tərəvəzlərə üstünlük verməlidir:

“Çünki mövsümündə yetişən hər bir meyvə və ya tərəvəz genetik kodlarımızla uyğunlaşır. Payızda xüsusilə nar, heyva və feyxoa kimi meyvələrə üstünlük vermək lazımdır. Çünki xəngəl mədəni doldursa da, immuniteti gücləndirmir. Amma mövsümi meyvə-tərəvəzlərin istehlakı orqanizmdə sərbəst radikallara qarşı qalxan yaradır və immun sistemini gücləndirir. Payız fəslində çay daha çox istehlak edilməlidir. Xüsusilə, müxtəlif növ otlardan hazırlanmış çaylar içilməlidir.

Bundan əlavə, qida rasionuna ət, balıq, toyuq kimi qidaların əlavə edilməsi məsləhətlidir. Belə ki, skrumbiya və salmon balıqlarının kürək hisssəsində oliqomer zülalı yerləşir. Bu zülal xüsusilə uşaqlarda boy artımı üçün çox faydalıdır. Yağlara gəldikdə isə qış aylarında quyruq yağının istehlakı çox faydalıdır. Quyruq yağında heç bir xolesterin olmur. Ümumiyyətlə heyvan mənşəli məhsullar ya quyruq yağında, ya da kərə yağında bişməlidir. Həmçinin salatlarda xüsusilə zeytun yağı istifadə olunmalıdır. Çünki zeytun yağının bağırsaq florasına və mədəyə böyük faydaları var”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
78 108 105 115 109 87

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.