reklam
Könül qapımı çırpıb getdiyin gün yarımcan qoydun məni Könül qapımı çırpıb getdiyin gün yarımcan qoydun məni https://duz.az/uploads/posts/2023-10/thumbs/1697278315_img_20231014_141147_794.jpg
ice berg

ice berg Sevgi 14-10-2023, 18:30

Könül qapımı çırpıb getdiyin gün yarımcan qoydun məni

Könül qapımı çırpıb getdiyin gün yarımcan qoydun məni
Mən layiqincə anlada bilmədim sənə yəqin ki, sevginin dəyərini .. Ya da sən anlamaq istəmədin məni ..
Xəfif soyuq külək kimi içimi ürpədən baxışlarında özümü görmədiyim gün təxmin etmişdim bir gün gedəcəyini.
Özümü nə qədər bu ana hazırlasam da, elə bağlanmışdım ki sən adlı qadına, ruhumu ala bilmirdim həsr etdiyim könüldən ..
Könül qapımı çırpıb getdiyin gün yarımcan qoydun məni ..
Özünlə gedərkən güvənimi, duyğularımı, göz yaşlarımı, inamımı, sevgimi, həyəcanımı, bir sözlə məni məndən aldın
..
Hələ də barışacağımıza, bir gün geri dönüb saf, uşaq ruhumu sevindirəcəyinə, göz yaşlarımı silib “sənsiz bir kimsəyəm, xoşbəxtlikdən uzaqda, üzüm gülmür nəfəsini hiss etmədiyim hər anda” deyəcəyinə inanıram ..
Bəlkə bugün də yuxumun ən şirin anında ayılaram və sənsizliyin yoxluğunda yazaram taleyimə ən məyus şeirlərimi, içində bir sən bir də səndən uzaq mərhəmət hislərinin yer aldığı ..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
112 95 102 100 86 103

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.