reklam
Qadınların əsas psixi pozğunluqları (psixoloq araşdırması) Qadınların əsas psixi pozğunluqları (psixoloq araşdırması) https://duz.az/uploads/posts/2023-10/thumbs/1442316157_12027791_774570862668588_9039615865352467685_n.jpg
ice berg

ice berg Qadın Dünyası 14-10-2023, 13:46

Qadınların əsas psixi pozğunluqları (psixoloq araşdırması)

Qadınların əsas psixi pozğunluqları (psixoloq araşdırması)
Son zamanlar "psixoloqa getdim, xeyri olmadı” kimi fikirlər tez-tez səslənir.
Belə vəziyyətin ortaya çıxmasına kifayət qədər səbəblər var. Ən əvvəl nəzərə almaq lazımdır ki, psixoloqa qadınlar daha çox müraciət edirlər. Zərif cinsin orqanizmi isə fizioloji və psixoloji parametrlər baxımından olduqca mürəkkəb və rəngarəng qurulub. Bir qadına yardım etmək istəyən psixoloq "saçlarınızın rəngini dəyişin, stilinizi dəyişin” deməkdən əvvəl, orqanizmin hormonal statusunu belə dəqiqliklə incələməlidir. Deməli, yaxşı psixoloq həm də klinisist olmalıdır.


Bu dəfə sizlərə qadınları narahat edən vacib psixi problemlərdən danışacam.


Əgər mövzumuza lazımı maraq olarsa, növbəti görüşlərimizdə bu problemlər barəsində ayricalıqla geniş izahat verməyi öhdəmə götürürəm.


Beləliklə, başlayaq:


1. Həzm sistemi pozğunluqları
-Nevrotik anoreksiya (patoloji kökəlmək qorxusu altındaqidadan imtina)
-"Qarınqululuq” tutmaları (dayanmadan çoxlu yemək istəyi)
-Nevrotik bulimiya ("Qarınqululuq” tutmalarıın növüdür, amma bu zaman xəstələr yediklərini kökəlməmək üçün qaytarırlar)

2. Affektiv pozğunluqlar
- Klinik depressiya (2 həftədən uzun sürən depressiya)
- Doğuş sonrası affektiv pozğunluqlar
-Mövsümi affektiv pozğunluqlar
-Manyakal-depressiv psixoz
-Distimiya (depressiyanın 2 ildən uzun sürən forması)

3. Seksual pozğunluqlar
-Libidonun pozulması
-Cinsi oyanma pozğunluqları
-Orqastik pozğunluqlar
-Vaginizm (cinsi əlaqə zamanı vaginal qıcolma nəticəsində ağrılar)

4. Həyəcan pozğunluqları
-Fobiyalar (patoloji ifrat qorxu hissi)
-Spesifik fobiyalar (konkret nəyəsə olan qorxular)
-Sosial fobiyalar (cəmiyyət arasına cixmaqdan qorxmaq)
- Aqorafobiya (açiq kimsəsiz yerlərdən qorxmaq)
-Panik pozğunluqlar
- Obsesiv-kompulsiv pozğunluqlar (təkrarlanan qorxu fikirləri)
- Posttravmatik stress (hər hansı hadisə, xəstəlik, travma sonrası əmələ gələn qorxular)

5. Somatoformal və yalançı pozğunluqlar (xəstə düşünür ki, onun hansısa xəstəliyi var)


6. Şizofreniya


Bilirəm ki, bu siyahını oxuyandan sonra bir çoxlarında "Tibb universiteti tələbəsi” sindromu yaranacaq. Xatırladım ki, Tibb universiteti tələbələri xəstəliklər haqqında oxuduqca onları özlərində axtarmağa başlayırdılar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
74 111 116 114 115 100

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.