Ərdoğan Maskı Türkiyədə Tesla zavodu açmağa çağırdıƏrdoğan Maskı Türkiyədə Tesla zavodu açmağa çağırdıhttps://duz.az/63598-erdogan-maski-turkiyede-tesla-zavodu-achmaga-chagirdi.htmlhttps://duz.az/uploads/posts/2023-09/medium/1695218957_erdogan-ilon-mask.jpg
Tayyib Ərdoğan Maskı Nyu-Yorkdakı Türk Evində qəbul edib. Mətbuata qapalı keçirilən qəbulda Türkiyə lideri Teslanın sahibinə Türkiyənin texnologiya sahəsində əldə etdiyi nailiyyətlərdən, Rəqəmsal Türkiyə Prroqramından və Milli Süni İntellekt Strategiyasından danışıb. Teslanın Türkiyə bazarına Toqqun Türkiyədə yollara çıxması ilə girdiyini xatırladan Prezident, sahibkarı Tesla elektromobili istehsal edən yeddinci zavodu Türkiyədə açmağa çağırıb. Ərdoğan Ankaranın kosmik proqramı çərçivəsində ölkəsinin Space X-lə əməkdaşlıq imkanlarının yarana biləcəyini ifadə edərək, Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək TEKNOFEST texnologiya sərgisində iştiraka dəvət edib. Qeyd edək ki, bu, Türkiyə Prezidenti ilə amerikalı sahibkar arasında ilk görüş deyil. Ötən ilin sonlarında onlar Qətərdə dünya çempionatının final matçı zamanı da görüşmüşdülər.