reklam
Aİ bu günə qədər 10 milyon ukraynalı qaçqın qəbul edib” Aİ bu günə qədər 10 milyon ukraynalı qaçqın qəbul edib” https://duz.az/uploads/posts/2023-09/medium/1695218885_terri-breton-avropa-komissari.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 21-09-2023, 15:30

Aİ bu günə qədər 10 milyon ukraynalı qaçqın qəbul edib”

Aİ bu günə qədər 10 milyon ukraynalı qaçqın qəbul edib”
Avropanın daxili bazar üzrə komissarı Terri Breton Sud Radio-nun efirində deyib.
"Miqrasiya problemi həm cənubdan, həm də şərqdən hamımıza təsir edir. Biz elə bir vəziyyət yaşayırıq ki, 10 milyona yaxın ukraynalı qaçqın qəbul etmişik. Çexiyada miqrantların sayı onun əhalisinin 4%-ni, 440 min nəfəri təşkil edir. Macarıstan və Polşa da ukraynalı miqrantları ən çox qəbul edən ölkələr arasındadır”, - Avropa komissarı bildirib.
Qeyd edək ki, hazırda ukraynalıları müdafiə etmək məqsədi ilə onların Avropa İttifaqı ölkələrində bir ildən üç ilədək müvəqqəti qalması üçün xüsusi mexanizm var. Bu mexanizm onlara müvəqqəti yaşamaq icazəsi, iş, təhsil, mənzil, tibbi xidmət hüququ, həmçinin, ittifaq daxilində hərəkət etmək imkanı təmin edir. Bu imkandan 24 fevral 2022-ci il tarixdən Aİ-yə gələn Ukrayna vətəndaşları, bu ölkədə yaşayan digər dövlətlərin vətəndaşları, Ukraynada sığınacaq hüququndan istifadə edən və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
85 55 75 62 64 70

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.