reklam
Bu hormon qadınları gözəlləşdirir, amma... Bu hormon qadınları gözəlləşdirir, amma... https://duz.az/uploads/posts/2023-09/1671277298_qadin-1.jpg
ice berg

ice berg Qadın Dünyası 21-09-2023, 18:00

Bu hormon qadınları gözəlləşdirir, amma...

Bu hormon qadınları gözəlləşdirir, amma...
Alimlərin elmi araşdırmaları nəticəsində məlum olub ki, qadın gözəlliyi, cazibədarlığı orqanizmindəki hormonların səviyyəsi ilə bağlıdır. Qadının simasının cazibədarlığı onun orqanizimindəki estrogenlərin səviyyəsindən asılıdır.

Bununla bağlı Böyük Britaniyada tədqiqat aparılıb. Altı həftə ərzində 7 gündən bir 18 yaşından 25 yaşınadək 59 qadının şəklini çəkiblər. Hər dəfə onların orqanizimindəki hormonların miqdarını müəyyənləşdirmək məqsədilə müvafiq analiz götürülüb. Bununla yanaşı zərif cinsin nümayəndələri şəkil çəkdirən ərəfədə menstruasiya tsiklinın hansı mərhələsində olması barədə tədqiqatçılara məlumat verirmişlər. Onu da qeyd edək ki, altı həftə ərzində qadınlar kosmetik məhsullardan istifadə etməyiblər.

Bütün prosesləri müşahidə etdikdən sonra alimlər qadınlarda estrogenlərin səviyyəsi yüksək olarkən çəkdikləri fotolarına diqqət yetiriblər. Məlum olub ki, qadında estrogenlərin səviyyəsi yüksəldikdə o daha cazibədar görünür.

Hormon və estrogenlərin həcmi kritik günlərdə daha yüksək olur. O cümlədən qızın həddi-buluğa çatan dövründə onların səviyyəsi kifayət qədər yüksək olur.

Adətən estrogenlərin artma prosesi 7 il davam edir. Amma burada nəslin genetik xüsusiyyətilərindən də çox şey asılıdır. Qeyd edək ki, hormonlar sümüklərin böyüməsinə, toxumaların formalaşmasına güclü təsir göstərir. Lakin buna baxmayaraq, qız və qadınların daha göyçək olması üçün onların bədənlərinə hormonlar daxil edilməsini məqsədəuyğun sayılmır. Əlbəttə ki, bu, onların cazibərdarlığını artıra bilər. Ancaq hormonların süni şəkildə orqanizmə daxil edilməsi təhlükəli ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
106 104 121 132 152 137

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.