Balığın boruşəkilli gözləri tamamilə başının içində yerləşib və başın şəffaf örtüyünün içərisindən görünən 2 yaşıl linza ilə örtülmüşdür, ağızın yanında 2 tünd ləkə isə gözlər deyil, duyğu (iybilmə) orqanıdır.
Kəllənin içərisindən baxan qeyri-adi gözlərdən əlavə, şəffaf kəlləsi olan balıqlarda öz yaşadıqları mühitə çox yaxşı uyğunlaşmağa imkan verən bir neçə xüsusiyyətləri vardır. Böyük yastı üzgəclərə “dirənərək” onlar suyun dərinliklərində hərəkətsiz “dayana” bilirlər. Bundan əlavə şəffaf kəlləsi olan balıqlar, üzgəcləri sayəsində öz yerdəyişmələrini çox dəqiq (yerinə yetirirlər) idarə edirlər. Bu xüsusiyyət ov etməyə kömək edir: şəffaf kəlləsi olan balıqlarda çox kiçik ağız var və onlara hücum zamanı qurbanı anında tutmaq vacibdir.
Okeanın hədsiz dərinliklərində şəffaf səkkizayaqlı ilbiz - Vitreledonella richardi (şüşəli-aynalı səkkizayaq ilbiz) yaşayır. Şüşəli-aynalı səkkizayaq ilbizlərin uzun, iti formalı gövdəsi – meduzalardakı kimi jelatinli (nazik və şəffaf plastinka şəklində yapışqan maddə) və praktik olaraq rəngsizdir


İsti tropik dənizlərdə isə ilanvari əyilən gövdəyə malik, canlı şəffaf lent – Venerin kəmər üzür.

Venerin kəmər – daraqkimilər sinfindən olan yırtıcı heyvandır, planktonlarla qidalanır. Venerin kəmərin şəffaf gövdəsi 1,5 m uzunluğunda, 8 sm qalınlıqda həlməşik yastı lent formasına malikdir. Mərkəzdə lentin darlaşmış kənarı ilə ağız boşluğu görünür; Venerin kəmər xırda tüklərini hərəkətə gətirməklə üzür. Bu heyvan, canlı lenti hərəkətə gətirə bilən xüsusi müvazinət orqanına sahibdir. Venerin kəmər adətən kiçik dərinliklərdə yaşayır.
Daraqşəkilli – Venerin kəmər

Bu yaxınlarda alimlər heyvanların şəffaflığını tədqiqatlar məqsədilə işlətməyi öyrəniblər. Bu ona görədir ki, canlı orqanizmdə müxtəlif proseslərin zaman üzrə necə keçdiyini şəffaf dəridən müşahidə etmək mümkündür. Daxili orqanların şişinin inkişafının öyrənilməsi üçün şəffaf laboratoriya canlıları əsasən faydalı ola bilər. Ona görə də genetiklər şəffaf laboratoriya balıqları və qurbağalarını xüsusi olaraq ortaya çıxarıblar.

