reklam
Zərərli sular Zərərli sular https://duz.az/uploads/posts/2023-09/medium/1694928793_qazli-su.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. Sağlamlıq 17-09-2023, 19:30

Zərərli sular

Zərərli sular
qazlı içkilərin zərərləri barədə fitoterapevt Fizuli Hüseynovun yazısını təqdim edir:
Bu gün qazlı içkilərin istehlakı xeyli artıb və demək olar ki, su əvəzinə qəbul edilir. İnsan bədəninin suya ehtiyacı olduğunu ifadə edən mütəxəssislər maye ehtiyacını ödəmək üçün qazlı və ya kofeinli içkilər deyil, suyun qəbul edilməli olduğunu söyləyirlər.
Qazlı içkilərin tərkibində həddindən artıq şəkər oduğu üçün sağlamlığa zərərlidir, heç bir şəkildə qidalandırıcı və faydalı deyil. Üstəlik ürək xəstəlikləri, diş kariesi, piylənmə və osteoporoz kimi əhəmiyyətli xəstəliklərə səbəb olur.
Market rəflərində səliqə ilə düzülmüş qazlı içkilər tərkibindəki maddələrə görə asılılıq yaradır. Bu içkilər fosfor turşusu səbəbi ilə bədənin kalsiumdan istifadəsinə icazə verməməklə bir sıra xəstəliklərə səbəb olur.
Bunlara osteoporoz və diş xəstəlikləri daxildir. Qazlı içkilər sümüklərin möhkəmlənməsinə mane olur, deformasiyalar yaradır. Yüksək şəkər tərkibli qazlı içkilər də insulin səviyyəsinin yüksəlməsi, ürək xəstəlikləri, şəkərli diabet, erkən yaşlanma, yüksək xolesterol və yüksək təzyiq kimi xəstəliklərə səbəb olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
70 52 78 69 44 63

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.