Ferhat Göçer Bakıda konset verəcəkFerhat Göçer Bakıda konset verəcəkhttps://duz.az/63353-ferhat-gocher-bakida-konset-verecek.htmlhttps://duz.az/uploads/posts/2023-09/thumbs/1694444624_64ff049c6d3fa64ff049c6d3fb169443446064ff049c6d3f864ff049c6d3f9.jpg
Türkiyənin tanınmış ulduzu, mahnıları ilə bir çoxlarının sevimlisi Ferhat Göçer Bakıya gəlir.
Loading.aZ'ın xəbərinə görə, Anadolu Events təşkilatçılığı ilə sentyabrın 22-də baş tutacaq gecənin ev sahibi Heydər Əliyev Sarayıdır. Həmçinin konsert üçün nəzərdə tutulan biletlərin yarıdan çoxu satılıb.
Biletləri iticket.az-dan və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.
Loading.aZ Ferhat Göçer haqqında maraqlı faktları təqdim edir:
Pop və opera tərzində mahnılar ifa edən sənətçi 11 may 1970-ci ildə Türkiyənin Birecik əyalətində dünyaya gəlib. O, 2012-ci ilin noyabr ayından UNICEF-in Türkiyə üzrə xoşməramlı səfiridir.
Musiqi karyerası ilə yanaşı, cərrah olan Göçer 2017-ci ildə 25 illik həkimlik həyatından ayrılaraq sırf musiqi ilə məşğul olmağa davam edib.