Boş ver bəzi insanları sevgili qəlbimBoş ver bəzi insanları sevgili qəlbimhttps://duz.az/63201-bosh-ver-bezi-insanlari-sevgili-qelbim.htmlhttps://duz.az/uploads/posts/2023-09/thumbs/1693906883_img_20230905_134112.jpg
Boş ver bəzi insanları sevgili qəlbim. Məsələn, "Necəsən" sualını verib, pis olduğunu bildiyində yaxşı olmağın üçün heçnə etməyənləri, səni önəmsədiyini, dəyər verdiyini cümlələrdə deyib, hiss etdirməyənləri boş ver getsin. "Mən sevgimi göstərə bilmirəm" deyə bir şey yoxdur. Bir yalan atdı ortaya qəlbsizlər, sən də buna inandın. Sevgi hiss etdirilir, hiss edilir. İnsan dəyər verdiyi insana sevgisini mütləq hiss etdirəcək nəsə edər. Boş yalanlara özünü inandırma. Bir insan əgər sənə məsafəli, soyuq yanaşsa artıq nəsə olduğunu, nələrinsə yolunda getmədiyini hiss edirsən. Yəni sevgisizliyi hiss edə bilirsənsə, sevgini də hiss edə bilərsən. Sənə dəyər versəydi əgər, hiss edərdin bunu inan mənə. Öncəliyi sən olmayan, hərşeyə bir bəhanə tapan insanları boş ver getsin. Bəhanələr acizlikdir. İnsanların sənə dediklərinə yox, hiss etdirdiklərinə inan. Fərqində olduğun bataqlıqdan çıx. Bəzən yalnızlıq, səni dəyərsiz hiss etdirən insanlarla birlikdə olmaqdan daha yaxşıdır.