reklam
Dəccal konkret bir insandır? Dəccal konkret bir insandır? https://duz.az/uploads/posts/2023-08/thumbs/1691581954_1-1-780x470.webp
ice berg

ice berg İslam Dini 11-08-2023, 14:00

Dəccal konkret bir insandır?

Dəccal konkret bir insandır?
Dünyanın sonuna yaxın İmam Mehdinin (ə) zühurundan əvvəl baş verəcək hadisələrdən biri də Dəccalın zühur etməsidir. Hədislərə görə Dəccal özünü mehdi kimi təqdim edəcək, çoxlu adamı aldadıb öz tərəfinə çəkəcək, İmamla vuruşacaq və İmamın əli ilə məhv ediləcək. Dəccalın kimliyi və xüsusiyyətləri barədə müsəlman alimləri arasında fikir ayrılıqları vardır. Bəziləri mövcud hədisləri zahiri mənada qəbul edərək, Dəccalın konkret bir şəxs olduğunu söyləyir, hətta onun bəzi konkret xüsusiyyətlərə sahib (təkgözlü) olacağını iddia edirlər. Lakin bəzi alimlərin fikrincə Dəccal konkret şəxs deyil. O, insanları günaha və fəasada sürükləyən bir sistem və ya hətta bir cihaz da ola bilər. Məsələn, bir çoxları haram işləri və əyləncələri yayan, insanlara yalan informisayalar ötürən televiziyanı dəccal hesab etmişlər. Dəccalı qeyri-canlı sayanların fikrincə, keçmişin insanları məsələnin mahiyyətini tam dərk edə bilmədikləri üçün Peyğəmbər bu üsula əl atmış, dəccalı konkret şəxs olaraq tanıtdırmışdır. Əslində isə dəccal konkret bir şəxs deyil, ümumiləşdirilmiş məfhumdur, İmam Mehdinin (ə) zühurundan əvvəl dünyanı bürüyəcək ideoloji fitnənin obrazıdır. Bu ideoloji fitnə ən yüksək texnologiyaların yardımı ilə insanları aldatmaq gücünə sahib olacaq və Həzrət Mehdi (ə) həmin batil ideologiyanı məhv edərək yer üzündən siləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 180 154 190 141 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.