reklam
Sufi təriqətlərinin hamısının silsiləsi imamlara çatır? Sufi təriqətlərinin hamısının silsiləsi imamlara çatır? https://duz.az/uploads/posts/2023-08/thumbs/1691428978_a2698772268_10-780x470.webp
ice berg

ice berg İslam Dini 9-08-2023, 16:00

Sufi təriqətlərinin hamısının silsiləsi imamlara çatır?

Sufi təriqətlərinin hamısının silsiləsi imamlara çatır?
Sufi təriqətlərinin hamısının silsiləsi, yəni təriqət şeyxlərinin siyahısı Həzrət Mühəmməd Peyğəmbərə (s) çatır. Hər halda, bütün təriqətlər bunu iddia edirlər. Təriqətin silsiləsinin Peyğəmbərə çatması onun legitimliyini müəyyən edir. Təriqətlərin əksəriyyəti İmam Əli ibn Əbutalib (ə) vasitəsilə o həzrətə bağlanırlar. İmam Əlidən (ə) sonra İmam Həsən (ə), Həsən Bəsri və digərləri vasitəsilə xətt davam edir. Bu təriqətlərə “ələviyyə” təriqətləri deyilir, çünki onların silsiləsi İmam Əliyə (ə) gedib-çıxır. Hal-hazırda məlum olan təriqətlərin hamısı ələviyyə qisminə aiddir. Təkcə nəqşbəndiyyə təriqəti Peyğəmbərə Əbu Bəkr Siddiq vasitəsilə bağlanır. Nəqşbəndiyyəni “siddiqiyyə” qisminə aid edirlər. Qeyd edək ki, bəzi təriqətlərin silsiləsində qeyri-dəqiqliklər və mübahisəli məqamlar mövcuddur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 141 122 151 130 133

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.