reklam
Həzrət Əlinin (ə) qılıncı Zülfüqar indi hardadır və kimdədir? Həzrət Əlinin (ə) qılıncı Zülfüqar indi hardadır və kimdədir? https://duz.az/uploads/posts/2023-08/thumbs/1691428903_zulfuqar-780x470.webp
ice berg

ice berg İslam Dini 8-08-2023, 16:00

Həzrət Əlinin (ə) qılıncı Zülfüqar indi hardadır və kimdədir?

Həzrət Əlinin (ə) qılıncı Zülfüqar indi hardadır və kimdədir?
Zülfüqar İmam Əli ibn Əbu Talibin (ə) məşhur qılıncının adıdır. Ərəb dilindən tərcüməsi “fəqərəli” (kərtikli) deməkdir. Qılıncın tiyəsinin üzərində onurğa fəqərəsinə bənzər naxışlar olduğu üçün ona bu ad verilmişdi. Rəvayətə görə, Zülfüqar Məkkə müşriklərindən birinin qılıncı idi, Bədr savaşında Həzrət Əli (ə) həmin müşriki öldürüb, qılıncını Peyğəmbərə gətirmişdi. Bir ildən sonra, Ühüd savaşında Peyğəmbər həmin qılıncı Həzrət Əlinin (ə) belinə bağlayıb döyüş meydanına yolladı. “La fəta illa Əli, la seyfə illa Zülfüqar” (Əlidən başqa igid, Zülfüqar¬dan başqa qılınc yoxdur) hədisini də Peyğəmbər həmin gün buyurmuşdur. Bu cümlənin Cənab Cəb¬rail (ə) tərəfindən Peyğəm¬bərə buyrulduğu rəvayət edilir. Zülfüqarın mənşəyi barədə fərqli fikirlər də vardır. Zülfüqarın sonrakı taleyi barədə də fikirlər fərqlidir. Əhli-sünnə müsəlmanların çoxunun fikrincə, Zülfüqar hazırda İstambulun Topqa¬pı sarayında, Müqəddəs Əmanətlər Ekspozisiyasında saxlanılır. Amma şiə məzhəbinə görə Zülfüqar imamlara nəsildən-nəslə keçmişdir və hal-hazırda on ikinci İmam Mehdidədir (ə). İmam Mehdinin (ə) zühur nişanələrindən biri də Zülfüqara sahib olmasıdır, həmin qılıncla onu tanıyacaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
162 167 141 165 191 198

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.