Bu ayda nələri etməməliyik? - İlahiyyatçıdan AÇIQLAMA Bu ayda nələri etməməliyik? - İlahiyyatçıdan AÇIQLAMA https://loading.az/uploads/posts/2023-07/thumbs/1689745560_60_91689688485.jpg
İslam Dini 119 768 884 19 iy 2023
Bu ayda nələri etməməliyik? - İlahiyyatçıdan AÇIQLAMA
"Məhərrəm ayı Hicri-qəməri təqvimi ilə yeni bir ayın başlanğıcıdır. Bu ay Qurani-kərimə görə toxunulmazlıq baxımından 4 haram aydan biri hesab olunur. Bu aya cahiliyyə dövründə çox fərqli baxışlar mövcuddur".

Bu sözləri ilahiyyatçı Ağa Hacıbəyli açıqlamasında bildirib:

"Bu ay peyğəmbərimizin (s) 23 illik təbliğ dövründə daha fərqli rəng qazanıb. Amma bizim əsas üzərində durduğumuz məsələ nə cahiliyyə nə də peyğəmbərimizin dövrüdür. Bu ay 681-ci ildən sonra 5-ci İmam Hüseynin (əleyhis- salam) Kərbəlada özü ilə bərabər 72 nəfərə yaxın insanın qətliamı ilə bağldır. Orada törədilən faciə böyük bir mahiyyət qazandırıb. Əsrlər keçdikdə isə insanlar həmin acıya, dərdə xatirələrini təmizləmək üçün fərqli fərziyyələr qurub. Günümüzdə də bu fərziyələr davam edir. Bu ay nə 3, nə də 40 gündür. Səfər ayı da daxil olmaq şərti ilə iki aydır".

"Təbii ki, səfər ayı da daxil olmaq şərti ilə iki ay müddət ərzində ölkəmizdə böyük bir qisim inanclı insanlar sevincli mərasimlərdən uzaq olmağa çalışacaqlar. Açığı söyləsək, Qurani- kərimdə, nə də peyğəmbərimizin həyatında belə bir qadağalar yoxdur. Yəni, bu bizim Qurani-kərimin hökmlərindən daha ziyadə mənəviyyatımızla bağlı, imama olan sevgimizlə bağlı olan bir çəkinmədir".
Paylaşın
Məlumat
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.