reklam
Dini kitablara rast gəlinən “məqami-mahmud” ifadəsinin mənası nədir? Dini kitablara rast gəlinən “məqami-mahmud” ifadəsinin mənası nədir? https://duz.az/uploads/posts/2023-07/thumbs/1689401191_kitab-780x470.webp
ice berg

ice berg İslam Dini 15-07-2023, 17:00

Dini kitablara rast gəlinən “məqami-mahmud” ifadəsinin mənası nədir?

Dini kitablara rast gəlinən “məqami-mahmud” ifadəsinin mənası nədir?
“Məqami-mahmud” ifadəsinin tərcüməsi “təriflənmiş (uca) məqam” deməkdir. Bu ifadə həm Quranda, həm də hədislərdə Həzrət Mühəmməd Peyğəmbərlə (s) bağlı işlənmişdir. Quranda buyurulur: “(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama göndərsin!” (İsra, 79). Hədislərdə də məqami-mahmud Həzrət Rəsulallahın (s) nail olduğu ən yüksək məqam kimi xatırlanır. Təfsir və hədis alimləri bu ifadəyə fərqli mənalar vermişlər. Geniş yayılmış nəzəriyyəyə görə məqami-mahmud Həzrət Mühəmməd Peyğəmbərin (s) qiyamət günündə heç kimə nəsib olmayan miqyasda şəfaət etmək ixtiyarına işarədir. Bu məqamın sahibi olaraq o, günahkar bəndələrin təqsirinin bağışlanması üçün Allah qarşısında zamin duracaq (şəfaət edəcək).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
102 100 100 89 105 115

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.