reklam
Bilmirəm nədir sevgi Bilmirəm nədir sevgi https://duz.az/uploads/posts/2023-06/medium/1687441882_a39b13573b8b257de9972bc32a68d2e7.jpg
n2006

n2006 Sevgi 25-06-2023, 00:00

Bilmirəm nədir sevgi

Bilmirəm nədir sevgi
Sevgi... Beş herflik sözdür. Amma uğruna canlar verilen, dağlar delinen, her cür meşeqqetlere dözülen. Nedir sevgi? Elle tutulmur, gözle görülmür. Onu hiss eden yegane varlıq – qelbdir...

Gözlerde başlar ilk sevgi. İlk baxış, ilk görüş. Başındakı tükden ayağındakı dırnağa qeder titreyişdir sevgi. Qelbinin süretle vurması, dilinin ise ona inad susmasıdır. İçinde tufanın qopması, vulkanın püskürmesi, üzünde ise sadece mesum bir ifadedir sevgi...

Gözlerde başlayan qığılcımın sinelerde tutuşdurduğu kiçik bir alov, sonra ise böyük bir tonqaldır sevgi. Hem yandıran, hem de canlandıran. Bezen gözden axan iki damla yaşdır, istek ve hesret dolu. Bezen dodaqdan çıxan iki kelime söz, bezen elindeki siqaretde közdür. Sen elindekini, o da seni bitirir...

Her gece yatağına uzandıqda qurduğun xeyallardır, yaşatdığın ümidler ve etdiyin dualardır. Herden uğrunda ölmek, herden uğruna yaşamaqdır. İstide donmaq, soyuqda yanmaqdır. Her an onunla yaşamaq, onsuz olsan bele onunla olmaqdır sevgi...

Sevgi beş herfe bütün dünyanı sığdırmaqdır. Güneşi bir elinde, ayı bir ovcunda tutmaqdır. Sevgi, qelbine yalnız "onun" möhrünü vurmaqdır. Gözlerine dağ basıb, ondan başqasına kor olmaqdır sevgi...

Baxdığın her yerde onu görmek, qulaq verdiyin her sesde onu dinlemekdir. Könlü xoş olsun deye onunçün gülmek, içinde sakit-sakit inlemekdir. Baxışlarınla, "seni sevirem..." deye bilmekdir. Kömür kimi közersen de, hirsini boğub sakitce sönmekdir. Köksünde bir ürek kimi döyünmekdir sevgi...

Sevgi laldır, sevgi sessizdir. Sevgi hem damladır, hem de denizdir. Bilmirem nedir sevgi. Amma bildiyim odur ki, sevgi hem senle hem de sensizdir. Qelbimde qoyduğun bir izdir. Sevgi, sadece bize aid olan ve heз bir riyazi mentiqe uymayan "1+1=1" hellidir, deyişmezdir. Bilmirem nedir sevgi...

Birce onu bilirem ki, sevgi sensen, sevgi menem ve sevgi "biz"dir...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
153 129 137 138 132 134

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.