reklam
Həyat yoldaşınızla məsləhətləşirsinizmi Həyat yoldaşınızla məsləhətləşirsinizmi https://duz.az/uploads/posts/2023-06/1687276419_photo_67944.jpg
n2006

n2006 Evlilik 24-06-2023, 17:00

Həyat yoldaşınızla məsləhətləşirsinizmi

Həyat yoldaşınızla məsləhətləşirsinizmi
Heç həyat yoldaşınızla məsləhətləşirsinizmi? Yoxsa, "Mən özüm də qərar qəbul edə bilərəm" və ya "Onun bu işlərdən başı çıxmaz", - deyə düşünürsünüz? Əslində, bu məsələ həm kişilərə, həm də qadınlara aiddir. Buna görə də, ailədə hər iki tərəf bütün məsələlərdə bir-biri ilə məsləhətləşməli, xüsusilə də, ev, uşaq və ailə ilə bağlı məsələlərdə məsləhətləşmədən qərar qəbul etməməlidir. Bu məsələdə əlaqələr nə qədər güclü olsa, ailədəki münasibətlər də o qədər möhkəm olar. Ancaq bu məsələdə hər hansı bir zəiflik isə ailənin get-gedə zəifləməsinə gətirib çıxarar.

Ailə başçılarının bir-biriləri ilə məsləhətləşməsi onların daha düzgün qərar qəbul etməsi üçün də çox vacibdir. Bundan başqa, həyat yoldaşınızla məsləhətləşmək eyni zamanda ona verdiyiniz qiyməti də göstərir. Bu cür qiyməti hiss edən tərəfin isə həyat yoldaşına daha sıx bağlanması təbiidir. Bəs elə isə hansı məsələləri məsləhətləşmək olar?

Əslində, bütün məsələlər barədə məsləhətləşmək olar. Yəni, burada "Bu adi məsələdir, müzakirə etməyə dəyməz", "Bu sadə bir şeydir, məsləhət etməsək də olar" kimi münasibətlər olmamalıdır. Belə ki, işə geyinəcəyiniz paltarlardan yaxınlarınıza verəcəyiniz hədiyyələrə qədər, həmçinin, evinizə alacağınız əşyalardan qonaqlarınıza bişirəcəyiniz yeməklərə qədər bütün məsələləri həyat yoldaşınızla məsləhətləşə bilərsiniz. Xüsusilə də, əgər bu, ev, uşaq və ailə ilə bağlı məsələdirsə, qətiyyən təkbaşına qərar qəbul etmək olmaz. Belə ki, evə nə isə alacaqsınızsa, bir yerdə alış-veriş etməli, hətta uşağınızın oxuyacağı məktəbə qədər bir yerdə müəyyən etməlisiniz. Üstəlik bu, ailənizin gələcəyi üçün də çox vacibdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
69 101 101 88 113 79

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.