reklam
- BiLmiRəm... - BiLmiRəm... https://duz.az/uploads/posts/2023-05/thumbs/1684449095_img_20230519_022845_968.jpg
ice berg

ice berg Sevgi 19-05-2023, 02:37

- BiLmiRəm...

- BiLmiRəm...

- Sevirsən məni?
- Çox sevirəm. Bunu niyə tez-tez soruşursan?
- Bir gün eşitməyəcəyimdən qorxuram.
- Qorxma..səni heç vaxt buraxmayacam, heç vaxt! səni dəli kimi sevirəm.. qalan hər şey düzələcək, bircə sən, yanımda ol. Olacaqsan?
- Bilmirəm..
- Məni sevirsən?
- Sevirəm
- Həmişə sevəcəksən?
- Bilmirəm.. ancaq bunu çox istəyərəm
- Niyə bu qədər ümidsizsən axı?
- Yorğunam..
- Bilirəm. Nə olar, icazə ver, səni sağaldım
- Mən sağalmaq istəmirəm. Ağrılarım yaddaşımı sağlam tutur, məni qoruyur. Yenidən inanmaqdan, zəif düşməkdən və uduzmaqdan qorxuram..Şübhələr arxamca sürünən kölgəm kimidir artıq. Keçmiş nə qədər kəskin aydınlıqdırsa, gələcək gözümdə o qədər qaranlıqdır. Özümdən pay verəcək heç bir parçam qalmamış kimi hiss edirəm. Nə yaxşı, nə pis- heçnəyim yoxdur, havada yellənən qupquru yarpaq kimi kövrək hiss edirəm özümü. Tək bir toxunuşda ovxalanıb töküləcək bir divaram sanki. Küsgün,gücsüz, zədəli.. Ehtiyac duyduğum tək şey özümlə tək qalmaqdır..
- Belə danışma.. Məni qorxudursan
- Mən də qorxuram. Çox qorxuram

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
233 250 251 240 255 265

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.