reklam
Çünki qürurlu qadınlar üçün qürurunun incinməsi canının yanmasından daha böyük əzabdır. Çünki qürurlu qadınlar üçün qürurunun incinməsi canının yanmasından daha böyük əzabdır. https://duz.az/uploads/posts/2023-05/1683544004_77efd35faf28b669b6050cf1bc72201e.jpg
n2006

n2006 Sevgi 8-05-2023, 23:30

Çünki qürurlu qadınlar üçün qürurunun incinməsi canının yanmasından daha böyük əzabdır.

Çünki qürurlu qadınlar üçün qürurunun incinməsi canının yanmasından daha böyük əzabdır.
Bəzi qadınlar qürurlarından itirməyə razı olurlar. Yetər ki qürurları ağrımasın. Çünki qürurlu qadınlar üçün qürurunun incinməsi canının yanmasından daha böyük əzabdır. Hətta deyərdim ki, qürurlu bir qadın üçün qürurunun ağrıması əsl faciədir. Bu səbəbdən də bəzi qadınlar səssizdir hər şeyə. Fikir bildirmədən, çox əhəmiyyət vermədən çevrəsində olub-bitənləri izləyir. Siz düşünürsüz ki, o qadınlar başqalarına qürur tutduqları üçün "qürurlu" adlanırlar ? Təbii ki yox. Hətta tam əksinə. Sırf özlərinə qürur tutduqları üçün, sırf özlərini alçaltmamaları üçün, sırf bəzi şeyləri özlərinə yaraşdırmadıqları üçün qürur tuturlar. Uzun sözün qısası qürurlu qadınlar hər şeyi itirsə belə daim 1-0 öndədir , mənə görə. Və "qadın" adlanan, bəşər övladını bətnində yaşada biləcək gücə malik olan o canlı qürurlu olmalıdır. Qürurlu qadınlar sevsə belə haqlı olduğu halda ilk addımı atmaz, hər şeyi özünə yaraşdırmaz, bir kişi üçün ağlamaz asanlıqla. Bunları özüm də qürurlu olduğumdan demirəm. Sadəcə mən qadın olmağın ən mühüm ünsürünü qürurlu olmaqda görürəm.
Bəzi qadınlar özlərini o qədər alçaldır ki. Həm də dəyməyəcək bəsit sevgilər üçün. Sanki belə olması gərəkmiş. Sanki o alçaldılmaq üçün dünyaya gəlib. Birisi "niyə beləsən?" soruşduqda isə "sevən belə olar" deyirlər. Heç deyilsə biraz qürurlu olun. Həddi aşmadan. Çox yox, sadəcə biraz. Bəzi axmaq naz etmələrinizdənsə qürurlu olmaq daha gözəldir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
209 217 170 201 164 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.