reklam
Musiqi haramdır ya yox? Musiqi haramdır ya yox? https://duz.az/uploads/posts/2023-04/1682852827_7cb3cd046d8b42cf0c3d80c734200ac3.jpg
n2006

n2006 İslam Dini 30-04-2023, 17:00

Musiqi haramdır ya yox?

Musiqi haramdır ya yox?
İslam Dini, Peyğəmbər
Əfəndimizin (s.ə.s.) Sünnəsinə
uyğun əylənməyi və çalğını
haram etməmişdir. Çünki
insanın bəzən bu kimi şeylərə də
ehtiyacı vardır. Dini musiqi
ruhun qidasıdır. İlahilər bu
cümlədəndir. Xalq arasında
«Musiqi ruhun qidasıdır» sözü
qanuni ölçülər içində düşünülsə,
bir baxıma doğrudur.
Ancaq hansı ölçülərdəki musiqi
və çalğı alətləri mübahdır?
Bunun üçün qoyulan ümumi
qaidə nələrdir? İslamın bu
xüsusdakı qoymuş olduğu ümumi
mənada ölçüləri belə sıralaya
bilərik.
- Şəhvəti təhrik edici, əxlaq
pozucu hər cür saz və çalğı,
- Qadın - kişi qarışıq bir şəkildə
toplanıb hər hansı bir çalğı
çalmaq,
- Qadınları səhnəyə çıxarıb
mahnı - türkü dedirtmək,
dansözlük etdirmək,
-Cəmiyyət quruluşunda iş, ibadət
və düşünmə ruhunu öldürən,
insanı havayı şeylərə itələyib
zamanı boşa keçirən hər cür
əyləncə və çalğı haramdır.
Bunun xaricində mübah olan
musiqi və çalğılar :
- İstirahət etdirən musiqi; ruha
qida verən dini musiqi,
- Allahı, axirəti və məsuliyyəti
xatırladan və ya vətən və millət
eşqini oyandıran, qəhrəmanlıq
ruhunu aşılayan hər cür mahnı,
türkü və çalğı.
- Əxlaqi qaydalara bağlı
qalınaraq qadınların öz
aralarında əylənib çalğı
çalmaları, mahnı və türkü
söyləmələri,
- Eyni ölçülər içində kişilərin öz
aralarında bu kimi əyləncələri -
ibadət və işi maneə törətmədiyi
müddətcə- mübahdır.
Bunun üçün ümumi mənada bu
hökmü qoymuşlar :
Deyilən mahnı - türkü və şeirlər
əxlaq pozucu, ilahi sərhədləri
aşılayan və şəhvəti qeyri qanuni
yola itələyici olmadığı təqdirdə
məkruh deyil. İçki, qadın və
bənzəri şeyləri tərifləyər
mahiyyətdə isə, məkruhdur. (əl-
Mühit - Radiyüddin Serahsi)
Və dostlar,bəzilərimiz namaz
qılmayandı.Qulaqlarına
taxırlar qulaqcığı full səsdə
azan verilən vaxtı mahnıya
qulaq asırlar,bu günahdı.Azan
səsi ən gözəl səsdi.Azan
verilən vaxtı
mahnının,televizorun,raidounun
səsini alın və bu gözəl sədanı
dinləyin.Heç olmaya halınıza
şükür edin və ya çarəsizlərə
çarə diləyin Allahdan..bu da
məndən sizə bir tövsiyə.Ümid
edirəm hamı nəticə çıxarar.:)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 193 212 195 218 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.