reklam
Mənimsən??? Mənimsən??? https://duz.az/uploads/posts/2023-04/1682689311_7e19d41d324a6484f872c7cda2f49bcf.jpg
n2006

n2006 özünü 🙃 xoş hiss edir. Sevgi 28-04-2023, 21:00 Morman -Allahdi kerim dinləyir.

Mənimsən???

Mənimsən???
Maraqlı sualdır, elə deyilmi? Hamımızın içində bir O var, bizə aid olan. Nə olursa, olsun bilirik ki, O var. Ona sığınırıq, Onu düşünürük. Sevincimizdə, kədərimizdə Onun varlığı bizə təsəlli olur.

Sən heç düşündünmü kimə aid olduğunu. Kimin üçün yaşadığını? Həyatında elə birisi varmı ki, heç nə düşünmədən ona hər şeyi qurban edə biləsən?

Gecədir, O səndən uzaqlarda. Amma bütün ruhunla, varlığınla ona aidsən. Heç bir canlı sənin fikirlərinə hakim ola bilməz Ondan başqa. Onu düşünrsən...

Mənimsən???

Gülüşünü, səsini, baxışlarını. O, da dəniz kimidir. Bəzən coşğun, çılğın, bəzən sakit ...

Düşünürsən Onu nə qədər sevdiyini. Sənin sevgin tükənməzdir, bitməzdir. Bütün varlığınla Ona bağlanmış olsan da, cisminlə, ruhunla Ona aid olsan da sənə elə gəlir ki, yenə azdır. Onun üçün nə etsən azdır yenə...

Sevirsən, çox sevirsən. Uğrunda ölə biləcək qədər çox. Bəzən düşünürsən axı nədir səni Ona bu qədər bağlayan. Onun digərlərindən fərqi nədir axı? Üzünə baxırsan, gözlərinə..Bəlkə hamı üçün sıradan biridr. Amma sənin üçün qeyri adi. Sanki Allah Onu sənin üçün yaradıb. Özünü onsuz təsəvvür edə bilmirsən.



Hər şeyə razısan, Onu paylaşmağa belə. Bu qədər böyükdür Sənin sevgin.

Əslində sən Onunla nə yaşamısan ki. Nə dənizi seyr etmisiniz, nə qaranlıq gecələrdə nəfəsini duyaraq, ona sarılaraq yatdığın olmayıb. Sadəcə sevmisən....

Onu fikirləşirsən.... Görəsən nə edir, görəsən səni düşünürmü? Görəsən nə qədər dəyərlisən? Düşünürsən ki, görəsən Sən olmasan bu həyatda nə qədər zamana unuda bilər səni? Unuda bilərmi? Bəzən Onun sənə olan sevgisinə şübhə ilə yanaşdığın da olub...Onun başqaları ilə danışıb gülməsi səni o qədər yandırıb ki, kül olmusan öz atəşində. Vaz keçmək istəmisən bu sevgidən, amma bacarmamısan.



İnsan həyata bir dəfə gəlir. Bunu bilirsən? Bilirsən ki, keçirdiyin hər gün ömründən gedir? Bilirsən ki, sənin ömrün ancaq Onu düşünməklə keçir? Bilirsən ki, O ömrünün axırına kimi sənin olsa da SƏNİN kimə aid olduğun bəlli deyil.......Bunu bilərəkdən Onu yenə sevirsənmi? Ona gəncliyini, ömrünün ən gözəl illərini verməyə hazırsanmı?

Əllərin titrəyir, buz kimisən. Onu çox sevirsən. Həyat sənin üçün Odur. Havan, suyun, nəfəsin Odur. Ürəyinin hər atışı Onun adını vurur.

O...Ən dəyərlin, çox sevdiyin, vazkeçilməzin...



Elə bil Allah Onu öz nurundan yaradıb. Düzlüyü, təmizliyi, səbrliliyi hər şeyi Ona verib.

Lakin Onun da qüsuru var. Sənə sevdiyini deyə bilmir. Üzünə baxanda sanki dili tutlur.

Niyə belədir axı O. Çox düşünürsən. Mən canımdan keçməyə hazıram. Amma...



Utanır bəlkə. Bəlkə ürəyindəkiləri səninlə bölüşməkdən qorxur? Bəlkə o da ...çarəsizdir...

Razıdır səninlə yaşadıqlarına. Bəlkə o şükr edir səni illər sonra tapdığına?

Bir şeyi bilirsən O sənindir...MƏNİMSƏN???


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
202 207 209 211 201 190

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.